«Demirbank»da əhalinin əmanətlərinin həcmi 18% artıb

«Demirbank»da əhalinin əmanətlərinin həcmi 18% artıb
# 14 mart 2014 08:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. «Demirbank» ASC-nin aktivləri bu ilin martın 1-nə 410,3 mln. manat təşkil edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 11,5% artaraq 309,3 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi martın 1-nə 195,2 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 162,8 mln. manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18% artıb.

Təhlil olunan dövrdə bankın məcmu kapitalı isə 61,2 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR