Bahar Muradova: “Bizi münaqişəni sülh yolu ilə həll etməyə çağıran beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmir” - FOTO

Bahar Muradova: “Bizi münaqişəni sülh yolu ilə həll etməyə çağıran beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmir” - <span style="color: red;">FOTO
# 24 fevral 2014 10:05 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyası tərəfindən Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, tədbirin keçirilməsində məqsəd insanlığa qarşı yönəlmiş bu soyqırımı dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycana qarşı işğalçılıq siyasətinə münasibət bildirməkdir.

B. Muradova qeyd edib ki, Xocalı soyqırımı son illərdə həm dövlət qurumları, parlament, həm də QHT-lər tərəfindən müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda qaldırılır və müvafiq qərarlar qəbul olunur.

B. Muradova bildirib ki, Xocalı sakinləri yalnız azərbaycanlı olduqları üçün məhv ediliblər: “Ermənistan tərəfi bu günədək beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Bu gün bizi münaqişəni sülh yolu ilə, güc tətbiq etmədən həll etməyə çağıran beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmirlər”.

Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bəyan edib ki, Xocalı faciəsini törətmiş şəxslər ədalət məhkəməsi qarşısına çıxarılmalıdır: “Bununla belə, Xocalı elə bir yaradır ki, onu törədənlər ədalət məhkəməsinə çıxarılıb cəza alsalar belə, bu yara unudulmayacaq”.

S. Seyidovun sözlərinə görə, Azərbaycan prezidenti Xocalı məsələsini daim diqqətdə saxlayır və faciənin dünyaya tanıtdırılması istiqamətində işlər aparılır.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımına beynəlxalq səviyyədə qiymət verilməsinin vacibliyini vurğulayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR