Azərbaycan paytaxtında yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacaq

Azərbaycan paytaxtında yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacaq
# 22 may 2013 13:36 (UTC +04:00)

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

V. Əsədov qeyd edib ki, 28 may-2 iyun 2013 tarixində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Foruma gələn qonaqların ictimai asayişini təmin etmək və paytaxt yollarında nəqliyyatın hərəkətini təhlükəsiz həyata keçirtmək məqsədilə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək və yük avtomobillərinin paytaxt ərazisində hərəkəti tədbir bitənə qədər məhdudlaşdırılacaq.

V. Əsədov həmçinin qeyd edib ki, forumla əlaqədar Qobustan, Qala qəsəbələri, Atəşgah məbədi, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park və digər ərazilərdə tədbirlər keçiriləcək. Bu yerlərdə tıxac yaranmaması üçün nəqliyyat vasitələrinin hərəkətindən mümkün qədər az istifadə etmək xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR