Koreya Azərbaycanın kənd təsərrüfatında yardım layihələri həyata keçirə bilər - FOTO

Koreya Azərbaycanın kənd təsərrüfatında yardım layihələri həyata keçirə bilər - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 14:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Bakı ofisinin rəhbəri xanım Kim Eun Suku qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, İ.Abasov aqrar sahənin hər iki ölkənin iqtisadiyyatında və davamlı inkişafın təmin edilməsində vacib əhəmiyyətə malik olduğunu qeyd edib və bu sahənin inkişaf etdirilməsi istiqamətində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə toxunub. Nazir aqrar sahənin orta və uzunmüddətli inkişaf hədəflərinə nail olmaq üçün dövlət tərəfindən ayrılan müxtəlif dəstək vasitələri nəticəsində bu sahədə son illər ərzində müsbət artım dinamikasının qorunub saxlandığını diqqətə çatdırıb. Daha sonra tərəflər arasında kənd təsərrüfatı sahəsində mümkün əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, Azərbaycanda kənd təsərrüfatının inkişafına Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin verə biləcəyi töhfələr və potensial əməkdaşlıq sahələri araşdırılıb.

İ.Abasov Azərbaycanda «E-kənd təsərrüfatı» sisteminin işlənib hazırlanmasında Koreya təcrübəsinin maraq kəsb etdiyini bildirib və bu sahədə qarşı tərəflə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Görüş zamanı həmçinin aqrar sahədə kadr hazırlığı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Azərbaycanda qrant və texniki yardım layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR