Azərbaycan Ordusunda intihar hadisəsi baş verib

Azərbaycan Ordusunda intihar hadisəsi baş verib
# 18 aprel 2014 08:15 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, F. Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR