Yaponiya sahillərində iki gəmi toqquşub, 8 nəfər itkin düşüb

Yaponiya sahillərində iki gəmi toqquşub, 8 nəfər itkin düşüb
# 18 mart 2014 02:26 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər itkin düşmüş hesab edilir.

Hadisə Kanaqava prefekturasının ərazisində baş verib. Panamanın Beagle-3 quru mal daşıyan gəmisinin 20 ekipaj üzvündən 12-i xilas olub. Bununla belə, Cənubi Koreyaya məxsus Pegasus Prime gəmisinin ekipajı arasında zərərçəkən olmayıb.

Gəmilər Tokio, Yokoqama və Tiba limanlarını Sakit okeanla birləşdirən Uraqa su kanalında toqquşublar. Hər gün adıçəkilən kanaldan 400-dən çox müxtəlif tonnajlı gəmi keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR