Qroznı-Bakıya avtobus reysinin açılması üçün sənədləşmə işləri aparılır

Qroznı-Bakıya avtobus reysinin açılması üçün sənədləşmə işləri aparılır
# 21 fevral 2014 07:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Çeçenistanın paytaxtı (Rusiya Federasiyası) Qroznı şəhəri ilə Bakı arasında müntəzəm avtobus reyslərinin açılması istiqamətində hazırlıq işləri gedir. Bu barədə «APA-Economics»ə Çeçenistan Nəqliyyat və Rabitə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, hazırda Azərbaycan tərəfi ilə Qroznı-Bakı avtobus marşrutunun açılmasına dair zəruri sənədlərin rəsmiləşdirilməsi prosesi gedir.

Qeyd edək ki, Çeçenistan Nəqliyyat və Rabitə Nazirliyi Bakı ilə yanaşı, Rusiyanın Sankt-Peterburq və Kazan, eləcə də Qazaxıstanın Atırau şəhərlərinə beynəlxalq avtobus reysləri açmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR