Zaqatalada bir nəfər dəm qazından zəhərlənib - VİDEO

Zaqatalada bir nəfər dəm qazından zəhərlənib - <span style="color: red;">VİDEO
# 21 dekabr 2013 10:42 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Bu gün Zaqatalada 24 yaşlı gənc dəm qazından zəhərlənib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 11:00 radələrində rayonun Aşağı Tala kənd sakini, 1989-cu il təvəllüdlü Azim Baba oğlu Babazadə şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.

Araşdırma zamanı məlum olub ki, A.Babazadə yaşadığı evdə səhər saatlarında yuyunmaq üçün vanna otağına girib. Bir qədər sonra A.Babazadə ailə üzvləri tərəfindən vanna otağında huşsuz vəziyyətdə aşkarlanıb. Məlum olub ki, A.Babazadə vanna otağında dəm qazından zəhərlənib. A.Babazadəyə xəstəxananın reanimasiya şöbəsində lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Hazırda A.Babazadənin vəziyyəti orta ağır kimi qiymətləndirilir, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR