Taekvondo yığmamız Misirdən 6 medalla qayıdır

Taekvondo yığmamız Misirdən 6 medalla qayıdır
# 18 fevral 2014 12:57 (UTC +04:00)

Bakı – APA. Misirin Luksor şəhərində taekvondo üzrə təşkil olunan “Luxor Open” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi 3 qızıl və 3 bürünc medal qazanıb.

Taekvondoçularımızdan Mikayıl Əliyev (54 kq), İlkin Şahbazov (74 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gəliblər. Onlardan fərqli, Samir Aydınov (54 kq), Ramin Əzizov (80 kq) və Radik İsayev (87 kq) bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, komanda hesabında 2-ci olan yığmamız vətənə sabah qayıdacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR