Gəncədə böyrək əməliyyatı keçirmiş xəstə xəstəxananın üçüncü mərtəbəsindən yıxılıb

Gəncədə böyrək əməliyyatı keçirmiş xəstə xəstəxananın üçüncü mərtəbəsindən yıxılıb
# 17 fevral 2014 08:18 (UTC +04:00)

Xəstəxanadan APA-nın qərb bürosuna verilən məlumata görə, böyrək əməliyyatı olunan şəhər sakini, 38 yaşlı Cavid Bağırov bu gün səhər saat 5 radələrində xəstəxananın eyvanına çıxıb və orada huşunu itirərək üçüncü mərtəbədən yerə yıxılıb.

Xəstə dərhal reanimasiya şöbəsində yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR