«AtaBank»ın aktivləri son bir ildə 27% artıb

«AtaBank»ın aktivləri son bir ildə 27% artıb
# 12 mart 2013 10:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin aktivləri son bir ildə 26,7% artaraq 2013-cü il martın 1-nə 289 mln. manata çatıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın məcmu kredit portfeli 25,8% artaraq 191,8 mln. manat təşkil edib.

Hesabat tarixinə bankın depozit portfeli 28,2% artaraq 244,3 mln. manat təşkil edib. Ötən ilin fevral ayının sonu ilə müqayisədə nizamnamə kapitalı 11,9% artaraq 28 mln. manat çatıb.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən «AtaBank»ın hazırda 24 filiallı var. Filiallardan 12-si Bakı şəhərində, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Şəmkir, Göyçay, Naftalan, Xaçmaz, Yevlax və Lənkəran rayonlarında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR