Malidə “Əl Qaidə”nin Afrika qolunun rəhbəri Moxtar Belmoxtar öldürülüb

Malidə “Əl Qaidə”nin Afrika qolunun rəhbəri Moxtar Belmoxtar öldürülüb
# 03 mart 2013 01:46 (UTC +04:00)

Bakı-APA. Malidə Çad respublikasının hərbçiləri “Əl Qaidə”nin Afrika qolunun rəhbəri Moxtar Belmoxtar öldürüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Çad respublikasının silahlı qüvvələrinin bəyanatında bildirilir.

“Malinin şimalında əməliyyat həyata keçirən Çad respublikasının silahlı qüvvələri martın 2-də İfoqas dağlarında terrorçu bazasını tamamilə ləğv ediblər. Bir neçə nəfər zərərsizləşdirilmiş silahlı arasında onların lideri Moxtar Belmoxtar da var”, deyə Çad respublikasının silahlı qüvvələrinin nümayəndəsi general Zəkəriyyə Qobonqe bəyan edib.

İslamçı liderin öldürülməsini hələlik müstəqil mənbələr təsdiq etməyib.

Xatırladaq ki, Moxtar Belmoxtar 2013-cü ilin yanvarın 16-da Əlcəzairdə 100-dən çoxu əcnəbi olmaqla 700-dək adamı girov götürməkdə məsuliyyəti öz üzərinə götürmüşdü. Həmin terror aktı nəticəsində 37 adam həlak olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR