Avropa Şurasının səfirləri “ASAN xidmət” mərkəzi ilə tanış olublar - FOTO

Avropa Şurasının səfirləri “ASAN xidmət” mərkəzi ilə tanış olublar - <span style="color: red;">FOTO
# 11 aprel 2013 14:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya Naminə Məruzəçilər Qrupunun (GR-DEM) üzv-dövlətlərinin səfirlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar. Dövlət Agentliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. O bildirib ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzin onlarda xoş təəssüratlar yaratdığını qeyd edib və gələcək fəaliyyətdə uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR