“Texnikabank”ın sabiq rəhbəri və digərlərin cinayət işi üzrə məhkəmə baxışı aprelin 3-nə təyin olunub

“Texnikabank”ın sabiq rəhbəri və digərlərin cinayət işi üzrə məhkəmə baxışı aprelin 3-nə təyin olunub
# 29 mart 2013 15:19 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər tərəfindən verilən vəsatətlərlə bağlı qərarları elan olunub. Məhkəmənin qərarına əsasən, ötən proses zamanı verilən vəsatətlərin heç biri təmin olunmayıb. Prosesdə məhkəmə baxışı aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, ötən proses zamanı həbsdə olan təqsirləndirilən şəxslərin vəkilləri onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi barədə vəsatətlər qaldırıblar. Onlar müdafiə etdikləri şəxslərin əməllərində cinayət tərkibinin olmadığını əsas gətiriblər.

Etibar Əliyevin vəkilləri də cinayət işinə xitam verilməsi barədə vəsatət veriblər.

Dövlət ittihamçısı isə vəsatətlərin əsassız olduğunu qeyd edib və bildirib ki, məhkəmə indiki mərhələdə cinayət işinə xitam verilməsi məsələsinə baxa bilməz.

Xatırladaq ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib.

Təqsirləndirilənlərdən E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Qeyd olunan cinayət işi üzrə ümumilikdə 25 nəfər təqsirləndirilən şəxs var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR