Azərbaycanda magistral kəmərlərlə neft-qazın nəqli ötən il azalıb

Azərbaycanda magistral kəmərlərlə neft-qazın nəqli ötən il azalıb
# 28 yanvar 2013 10:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın magistral boru kəmərləri ilə neft-qazın nəqlinin həcmi əvvəlki ilə nisbətən 3,2% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində magistral neft kəmərləri ilə 43,3 mln. ton neft nəql edilib ki, bu da 2011-ci illə müqayisədə 5% azdır: «Nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 32,9 mln. ton və ya 2011-ci ilə nisbətən 4,6% az neft ötürülüb. Bu dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,1 mln. ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da əvvəlki illə müqayisədə 47,6% çoxdur».

Magistral qaz kəmərləri ilə isə 2012-ci ildə 19,3 mlrd. kubmetr və ya 3,1% çox qaz nəql edilib. Nəql edilmiş qazın 20,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və hesabat ilində bu kəmərlə 4 mlrd. kubmetr və ya 2011-ci ilə nisbətən 11,1% az qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR