Balakəndə yanğın baş verib

Balakəndə yanğın baş verib
# 26 dekabr 2012 06:58 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib.

Yanğın hadisəsi Balakən şəhəri, Babək küçəsində Aslanov Cahangir Hacımurad oğluna məxsus ümumi sahəsi 60 kv. m olan ikiotaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə FHN-in Balakən rayon YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib.

Baş vermiş yanğın nəticəsində Cahangir Aslanova məxsus evin bir otağının tavan hissəsindən 15 kv. m sahə yanaraq yararsız hala düşüb. Yanğının evin qalan hissəsini əhatə etməsinə yanğınsöndürənlər imkan verməyib. Faktla bağlı FHN-in Balakən rayon YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR