Təhsil Nazirliyi ötən il 88289 tam orta təhsil haqqında attestat verib

 Təhsil Nazirliyi ötən il 88289 tam orta təhsil haqqında attestat verib
# 12 mart 2013 08:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. 2012-ci il ərzində Təhsil Nazirliyi Aparatının Təhsil sənədlərinin tanınması işi üzrə sektor tərəfindən təhsil müəssisələrinə 88289 tam orta təhsil haqqında attestat, 107143 ədəd ümumi orta təhsil haqqında şəhadətnamə, 15402 ədəd orta ixtisas təhsili haqqında diplomu, 17747 ədəd bakalavr diplomu, 2119 ədəd magistr diplomu, 1518 ədəd mütəxəssis (5 illik) diplomu verilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbər görə, 2012-ci ildə ayrı-ayrı dövlət qurumları tərəfindən nazirliyə daxil olan məxfi sənədlər nəzarətdə saxlanılır. İl ərzində şöbəyə 15 məxfi məktub daxil olub. Həmin sənədlər qeydiyyata alındıqdan sonra rəhbərliyə təqdim olunur, sonra isə aidiyyəti üzrə müvafiq şöbəyə aparılıb tanış edilir. Məxfi sənədlərin cavabları hazırlandıqdan sonra tam məxfi şəkildə aidiyyəti üzrə müəssisələrə göndərilir. Nazirliyə aid olan məxfi sənədlər şöbədə məxfi şəkildə və daim nəzarətdə saxlanılır.

2012-ci ildə təhsil müəssisələri tərəfindən 820 məktub şöbəyə daxil olub ki, bunlardan 684 məktub icra olunub. Eyni zamanda vətəndaşlar tərəfindən Nazirliyə 585 müraciət xarakterli ərizələr daxil olub ki, həmin ərizələr vaxt-vaxtında araşdırılır, cavab hazırlanır və lazımi ünvanlara göndərilir. 2012-ci ildə tərtib edilən silinmə aktına əsasən 14 ədəd gerbli möhür, 6 ədəd dairəvi möhür və 15 ədəd künc ştampı ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR