Azərbaycan xarici dövlətlərin neft-qaz sektoruna birbaşa investisiyalarını 15% artırıb

Azərbaycan xarici dövlətlərin neft-qaz sektoruna birbaşa investisiyalarını 15% artırıb
# 03 aprel 2012 09:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan birbaşa investisiyalar üzrə saldo 2011-ci il ərzində müsbət 912,6 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, xaricdən cəlb edilmiş birbaşa investisiyaların həcmi 4 465,1 mln. dollara, xaricə yönəldilən investisiyalar isə 3 552,5 mln. dollara bərabər olub.

Eyni zamanda, neft-qaz sektoru üzrə birbaşa investisiyalarda da müsbət saldo yaranıb. Belə ki, 2011-ci ildə Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 3 465,6 mln. dollar, Azərbaycanın xarici ölkələrin neft-qaz sektoruna atırdığı birbaşa investisiyalar isə 3 257,2 mlrd. dollar təşkil edib. Nəticədə, 218,4 mln. dollarlıq müsbət saldo yaranıb.

Qeyd edək ki, 2010-cu ilin yekunlarına nisbətən, Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 34,7%, Azərbaycanın xarici ölkələrin neft-qaz sektoruna yönəldilən birbaşa investisiyalarının həcmi 15,1% artıb.

Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyaların artması əsasən Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaq-energetika və neft-kimya sahələrində iştirakının nəticəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR