AMEA üzvlüyünə seçkilərlə əlaqədar ekspert komissiyaları yaradılıb

AMEA üzvlüyünə seçkilərlə əlaqədar ekspert komissiyaları yaradılıb
# 29 fevral 2012 14:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvlüyünə seçkilərlə əlaqədar AMEA bölmələrinin ekspert komissiyaları yaradılıb. Bu barədə APA-ya AMEA Rəyasət Heyətinin akademik-katibi Vaqif Fərzəliyev bildirib. O deyib ki, ekspert komissiyalarının yaradılması ilə bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərara alınıb.

V. Fərzəliyevin sözlərinə görə, ekspert komissiyaları AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin ixtisaslarının uyğunluğunu yoxlayacaq və hansı namizədin daha layiqli olduğunu müəyyən edəcək. AMEA üzvlüyünə seçkilər isə səsvermə ilə keçiriləcək. Əsasnaməyə əsasən, AMEA üzvlüyünə seçkilər elan verilən gündən 3 ay sonra keçirilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR