Azərbaycan Almaniyada keçirilən kənd təsərrüfatı sərgilərinə qatılacaq

Azərbaycan Almaniyada keçirilən kənd təsərrüfatı sərgilərinə qatılacaq
# 16 oktyabr 2012 16:31 (UTC +04:00)
Bakı - APA-ECONOMICS. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Almaniyanın “Messe Berlin” sərgi kompleksinin MDB üzrə əlaqələndiricisi İrina Keyko ilə görüşüb. «APA-ECONOMICS»in məlumatına görə, görüşdə Almaniyada təşkil ediləcək sərgilərdə Azərbaycanın iştirak imkanları müzakirə edilib.

Aqrar sahədə görülən işlər və əldə olunan uğurlar, eləcə də dövlətin bu sahəyə göstərdiyi diqqət barədə məlumat verən nazir İsmət Abasov “Beynəlxalq Yaşıl Həftə” sərgisinin kənd təsərrüfatı və emal müəssisələrinin öz məhsullarını nümayiş etdirmək üçün ənənəvi bir forum olduğunu vurğulayıb və Azərbaycanın hər il bu sərgidə iştirak etməsi və geniş çeşiddə məhsullarının nümayiş etdirilməsini də artıq ənənəyə çevrildiyini qeyd edib.

Nazir bu ilin yanvar ayında keçirilən “Beynəlxalq Yaşıl Həftə 2012” sərgisində milli pavilyonda ölkəmizin 20-dən çox şirkət və müəssisəsində istehsal olunan 300 çeşiddə aqrar istehsal və emal məhsullarının nümayiş etdirildiyini xanım İrina Keykonun nəzərinə çatdırıb.

Almaniyanın “Messe Berlin” sərgi kompleksinin MDB üzrə əlaqələndiricisi İrina Keyko növbəti illərdə Azərbaycanın bu sərgidə ayrıca bir pavilyonda öz kənd təsərrüfatı məhsullarını nümayiş etdirməsini təklif edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR