Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda körpünün qəzalı vəziyyətə düşməsi ilə əlaqədar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda körpünün qəzalı vəziyyətə düşməsi ilə əlaqədar sürücülərə müraciət edib
# 09 may 2012 09:05 (UTC +04:00)
APA-nın BDYPİ-nin saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba-Rusiya sərhədi yolunun 146-cı kilometrliyində, Vəlvələçay üzərindəki körpünün daşqın səbəbindən bir hissəsinin çökməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Bununla əlaqədar BDYPİ Bakıdan Qubaya, eləcə də əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri sürücülərdən xahiş edir ki, həmin istiqamətlərə getmək üçün Gəndob-Xaçmaz-Quba və ya Gəndob-Yalama alternativ yollarından istifadə etsinlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR