Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə baş verib

Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə baş verib
# 16 iyul 2012 11:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 15-də İsmayıllı rayonu Qoşakənd kəndində qeydə alınıb. Kənd sakinləri Mükafat Qədirov, Gülsabah Əliyeva, onlara qonaq gələn qonaqlar - Bakı şəhər sakinləri Aygün Nağıyeva, Nailə Nağıyeva və İsmayıl İsmayılov qarpızdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR