“Neftçi” dünya klublarının reytinq siyahısında irəliləyib
03 sentyabr 2012 09:47 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ay ölkəmizin dünyanın ən yaxşı 400 klubu siyahısındakı yeganə təmsilçisi olan “İnter” bu dəfə sıralamada yer almayıb.
Belə ki, Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırmasından sonra bakılılar cədvəldə uzun müddət qala bilməyiblər.
“İnter”in əvəzinə siyahıya “Neftçi” daxil olub. Bu il Çempionlar Liqasında uduzaraq Avroliqaya keçən və qrupa düşən Böyükağa Hacıyevin yetirmələri 73 xalla 305-ci pilləyə şəriklər sırasında yer alıb. Ötən ay 566-cı olan “ağ-qaralar” buna 261 pilləlik sıçrayış hesabına nail olub.
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İtaliya “İnter”i 29-cu, Rusiya “Rubin”i 83-cü, Serbiya “Partizan”ı isə 125-cidir. 400 komandalıq siyahının ilk 3 pilləsində isə dəyişiklik yoxdur.
İspaniya təmsilçiləri “Barselona” 346 xalla 1-ci. “Real” 293 xalla 3-cüdürsə, Çilinin “Universidad” klubu 317 xalla 2-ci pillədə qərarlaşıb.

Futbol
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
11:08
17 may 2024