Azərbaycan Mətbuat Şurasının sədri ARDNŞ əməkdaşlarının jurnalistlərə təzyiqləri ilə bağlı Ramil Usubova müraciət edib

Azərbaycan Mətbuat Şurasının sədri ARDNŞ əməkdaşlarının jurnalistlərə təzyiqləri ilə bağlı Ramil Usubova müraciət edib
# 18 aprel 2012 14:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, müraciətdə deyilir ki, Mətbuat Şurasına hər iki media təmsilçisinin aprelin 18-də ARDNŞ-in Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikililərin söküntü prosesi ilə bağlı material hazırlayarkən təzyiqlərlə üzləşdiyi barədə məlumat daxil olub.

Şirkətin işçiləri onların peşə vəzifələrini yerinə yetirmələrinə mane olub, G. Musayevaya təzyiq göstərərək fotoaparatını əlindən alıblar. İ. Abbasov isə fiziki təzyiqə məruz qalmaqla yanaşı, digər həmkarı kimi təhqir olunub.

Şura sədri müraciətində məsələnin ətraflı araşdırılacağına və qanuna müvafiq tədbir görüləcəyinə əminliyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR