Azərbaycan benzin ixracını azaldıb

Azərbaycan benzin ixracını azaldıb
# 04 iyun 2012 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin may ayında 8 440 ton avtomobil benzini, 55 016 ton dizel yanacağı, 11 955 ton təyyarə yanacağı ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Ümumilikdə, 2012-ci ilin yanvar-may ayları ərzində 33 090 ton avtomobil benzini, 381 409 ton dizel yanacağı, 48 228 ton təyyarə yanacağı ixrac edilib. Ötən ilin ilk 5 ayına nisbətən avtomobil benzininin ixracı 5,3%, dizel yanacağının ixracı 27% azalıb. Təyyarə yanacağının ixracı isə 23,5% artıb.

Bu ilin may ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 999,70 dollar, təyyarə yanacağı - 986,08 dollar, dizel yanacağı - 925,15 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 674,84 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR