«Atəşgah Həyat Sığorta» şirkəti növbəti iri ödənişini edib

«Atəşgah Həyat Sığorta» şirkəti növbəti iri ödənişini edib
# 23 may 2012 15:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanının «Atəşgah Həyat Sığorta» şirkəti istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti iri ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Atəşgah Həyat»da sığortalanmış sənaye müəssisələrindən birinin əməkdaşı bədbəxt hadisə nəticəsində (onurğa sütununun sınması) əmək qabiliyyətini tamamilə itirib.

Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 63,186 min manat təşkil edib. Məbləğ zərərçəkmiş şəxsə təqdim edilib.

Şirkətdən bildirilib ki, hazırda şirkətə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 20-dən artıq sığorta hadisələri ilə bağlı müraciət daxil olub.

Qeyd edək ki, «Atəşgah Həyat Sığorta» şirkəti 2009-cu ildə yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR