Litva ilə Azərbaycan müdafiə nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanıb

Litva ilə Azərbaycan müdafiə nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanıb
# 17 sentyabr 2012 13:17 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Litvaya rəsmi səfər edib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vilnüsdə rəsmi qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.

S. Əbiyevlə Litva milli müdafiə naziri Rasa Yunkiaviçene arasında təkbətək, sonra isə geniş tərkibli görüş keçirilib. Görüşlərdə ölkələrarası hərbi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi qərara alınıb və Litva ilə Azərbaycan müdafiə nazirlikləri arasında yenilənmiş hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.

Görüşdə Azərbaycanın Litva Respublikasındakı səfiri Həsən Məmmədzadə də iştirak edib.

Azərbaycan müdafiə nazirinin sentyabrın 18-də Litvanın rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR