Narkoloji Dispanserin rüşvətxorluqda təqsirləndirilən baş həkimi məhkəmə zalından azadlığa buraxılıb

Narkoloji Dispanserin rüşvətxorluqda təqsirləndirilən baş həkimi məhkəmə zalından azadlığa buraxılıb
# 09 fevral 2012 11:15 (UTC +04:00)
APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. K. Vəliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, K. Vəliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cİnayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrinə əsasən ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR