Gəncədə “Mütaliə həftəsi” çərçivəsində kitab sərgisi təşkil olunub

Gəncədə “Mütaliə həftəsi” çərçivəsində kitab sərgisi təşkil olunub
# 07 avqust 2012 12:33 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə “Mütaliə həftəsi” layihəsi çərçivəsində kitab sərgisi təşkil olunub. APA-nın Qərb bürosunun məlumatına görə, tədbirin keçirilməsində məqsəd sakinlərin kitaba olan marağını daha da artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir. Sərgidə son illər Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna daxil olmuş yeni kitablar nümayiş etdirilib. Bu kitabların əksəriyyəti Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında nəfis tərtibatda nəşr olunmuş dünya və Azərbaycan ədəbiyyatının nümunələridir. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sərəncamı ilə bu il Gəncədə “Kitabxanalar İli” elan olunub. Bununla əlaqədar Gəncədə kitabxana işinin təşkili ilə bağlı monitorinqlərin keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi və multimedia fondlarının yaradılması nəzərdə tutulur. Qeyd edək ki, Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 400 mindən artıq kitab var. Onlardan 51 min kitab latın qrafikası ilə nəşr olunmuş əsərlərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR