Əfqanıstanda təhlükəsizlik qüvvələrinin əməkdaşı bir neçə Avstraliya əsgərini öldürüb

Əfqanıstanda təhlükəsizlik qüvvələrinin əməkdaşı bir neçə Avstraliya əsgərini öldürüb
# 30 avqust 2012 04:49 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanda bir neçə Avstraliya əsgəri öldürülüb. İnsidenti əfqan təhlükəsizlik qüvvələrinin əməkdaşı törədib. Artıq Avstraliya müdafiə nazirliyi də Əfqanıstandakı şəxsi heyəti arasında itki olduğunu təsdiqləyib. Lakin əsgərlərin sayı barədə məlumat verilmir.

Yerli mətbuatın məlumatına görə hadisə Əfqanıstanın Uruzqan vilayətində baş verib. İnsident barədə ətraflı araşdırma aparılandan sonra məlumat veriləcəyi bildirilir.

Qeyd edək ki, Uruzqan vilayətində Avstraliyanın 1550 nəfərlik şəxsi heyəti xidmət edir. Bu günədək Avstraliya qoşunları Əfqanıstanda 36 əsgərini itirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR