Böyük Britaniya, Fransa və Almaniya İrana qarşı sanksiyaların sərtləşdirilməsini tələb edirlər
08 sentyabr 2012 12:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniya, Fransa və Almaniya İrana qarşı sanksiyaların sərtləşdirilməsini tələb ediblər. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, sentyabrın 7-də Cənubi Kiprdə Avropa Birliyi xarici işlər nazirlərinin ikigünlük toplantısı öz işinə başlayıb. Yığıncaqda Suriyadakı böhran və İranın nüvə proqramı müzakirəyə çıxarılıb. Almaniyanın xarici işlər naziri Gido Vestervelle və fransalı həmkarı Loran Fabius çıxışları zamanı İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinin vacib olduğunu vurğulayıblar. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə jurnalistlərə açıqlamasında bildirib ki, İrana qarşı təzyiqlər və bu istiqamətdə sanksiyaların artırılması lazımdır.
Asiya
KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb
08:47
18 may 2024
Əfqanıstanda atışma nəticəsində üç ispan vətəndaşı ölüb
08:35
18 may 2024
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024