ABŞ prezidenti Ermənistana yardımları azaltmağı, Türkiyəyə yardımları artırmağı təklif edib

ABŞ prezidenti Ermənistana yardımları azaltmağı, Türkiyəyə yardımları artırmağı təklif edib
# 14 fevral 2012 08:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı Amerika Erməni Milli Komitəsi xəbər yayıb. Obama administrasiyası eyni zamanda Türkiyədə beynəlxalq hərbi təhsil proqramının həyata keçirilməsi üçün əlavə olaraq 3,6 milyon dollar ayırmağı təklif edib. Administrasiya bildirib ki, “Türkiyənin güclü qlobal tərəfdaş kimi rolu artmaqda davam edir”.

Barak Obama ilkin olaraq Ermənistana yardımların 32 faiz azaldılmasını təklif edib. ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardım ayırmağı nəzərdə tutsa da, prezident bu rəqəmin 27,219 milyon dollaradək azaltmağı tövsiyə edib. Bu, amerikalı konqresmenlərin təklif etdikləri rəqəmdən 12,8 milyon dollar azdır. Buraya narkotik qaçaqmalçılığı ilə mübarizə və hüquq-mühafizə sisteminin inkişafına ayrılan 2,824 milyon dolları və Ermənistanda səhiyyəyə dair qlobal proqramların gerçəkləşməsinə ayrılan 2,5 milyon dolları əlavə etdikdə, ümumilikdə Ermənistana ayrılan yardımın məbləği 19 faiz azalmış olur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR