Sergey Ryabkov: “Rusiya İranın nüvə proqramının təhlükəli olduğuna dair heç bir sənəd və ya dəlilə rast gəlməyib”
08 sentyabr 2012 12:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Rusiya İranın nüvə proqramının təhlükəli olduğuna dair heç bir sənəd və ya dəlilə rast gəlməyib”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müşahidəçiləri də bu günə qədər İranın nüvə proqramının hərbi məqsəd daşıdığına dair hansısa bir hesabat verməyiblər: “Ona görə də Rusiya hərbi həll yolunun çox zərərli, məntiqsiz və dağıdıcı və bölgə sabitliyi üçün də faciə olacağını düşünür və macərapərəstlik niyyətində olan dövlətlərə xəbərdarlıq edir. İrana hərbi müdaxilə Orta Şərq və onun sərhədlərindən kənar bölgələrin iqtisadi və təhlükəsizlik sahələri üçün çox böyük şok olacaq”.

Asiya
Pakistanda avtobus qayalıqdan aşıb, 20 nəfər ölüb
10:08
3 may 2024
Cənubi Koreya hərbçiləri Sarı dənizdə naməlum hava şarını vurublar
07:05
3 may 2024
Yaponiya və ABŞ hipersəs silahları əleyhinə raketin hazırlanmasına 3 milyard dollar xərcləyəcək
05:25
3 may 2024
ABŞ ordusu Yəmənin Husilərin nəzarət etdiyi bölgəsində üç PUA məhv edib
03:49
3 may 2024