SKMF Qaradağ rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qaradağ rayonunda investisiya layihələrinin qəbuluna başlayıb
# 07 fevral 2012 07:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Qaradağ rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə müasir tələblərə cavab verən maşınqayırma və yüngül sənaye müəssisələrinin, illik emal gücü 5 min ton olan müasir ət kəsimi və emalı müəssisəsinin, kiçik və ya böyük həcmli müasir istixana kompleksinin yaradılması, milli, mənəvi və mədəni dəyərləri özündə əks etdirən suvenir istehsalının təşkil edilməsi daxildir.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə bu gündən etibarən Fonda müraciət edə bilərlər. Əlaqə telefonu: (+994 12) 434-74-29.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR