Azərbaycanda iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədin cinayət işi məhkəməyə göndərilib

Azərbaycanda iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədin cinayət işi məhkəməyə göndərilib
# 20 fevral 2012 09:46 (UTC +04:00)
APA-nın məlumatına görə, cinayət işi yaxın vaxtlarda baxılması üçün icraata veriləcək və hazırlıq iclasının vaxtı müəyyən olunacaq.

Xatırladaq ki, ötən il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR