Qido Vestervelle: “Əgər İranla danışıqlarda irəliləyiş olmasa, bu ölkəyə qarşı sanksiyalar daha da sərtləşdiriləcək”

Qido Vestervelle: “Əgər İranla danışıqlarda irəliləyiş olmasa, bu ölkəyə qarşı sanksiyalar daha da sərtləşdiriləcək”
# 23 iyul 2012 08:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Mən də ABŞ prezidenti Barak Obama kimi İranın nüvə proqramı ətrafında yaranmış problemin diplomatik yolla həllinin tərəfdarıyam”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Qido Vestervelle bildirib.

Onun sözlərinə görə, İranla nüvə müzakirələrini davam etdirməyə hazırdırlar: “Əgər İranla danışıqlarda hansısa irəliləyiş olmasa, bu ölkəyə qarşı sanksiyalar daha da sərtləşdiriləcək”. Q. Vestervelle deyib ki, İranın sülh məqsədli nüvə enerjisindən faydalanmaq haqqı var və bu məsələdə Tehrana texniki baxımdan dəstək verməyə hazırdırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR