Beynəlxalq müfəttişlər İranın 27% həcmində uran zənginləşdirdiyinə dair dəlil əldə ediblər

Beynəlxalq müfəttişlər İranın 27% həcmində uran zənginləşdirdiyinə dair dəlil əldə ediblər
# 25 may 2012 16:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri İranın 27% həcmində uran zənginləşdirdiyinə dair dəlil əldə ediblər. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, sübutların Qum şəhəri yaxınlığındakı “Fordo” yeraltı nüvə obyektində əldə edildiyi bildirilir. Ancaq agentlik müfəttişlərin bu dəlili necə əldə etməsi barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, nüvə silahının istehsalı üçün uranın 90% həcmində zənginləşdirilməsi lazımdır. İndiyədək İranın 20% həcmində uran zənginləşdirdiyi məlum idi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR