Xarici Dairəvi Yolda baş verən qəzada ölən qadının şəxsiyyəti müəyyənləşib, xəsarət alanlardan biri evə buraxılıb

Xarici Dairəvi Yolda baş verən qəzada ölən qadının şəxsiyyəti müəyyənləşib, xəsarət alanlardan biri evə buraxılıb
# 21 aprel 2012 07:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Dünən Sədərək Ticarət Mərkəzinin yaxınlığında, Xarici Dairəvi Yolda qeydə alınan qəzada ölən qadının şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şəbəsindən APA-ya verilən məlumata görə, bu, Qax rayon sakini, 1961-ci il təvəllüdlü Veraşvili Lizi İordanovnadır.

Respublika Kliniki Xəstəxanasından isə APA-ya bildirilib ki, dünən qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən 10 nəfərdən 1-i evə buraxılıb. Qalan 9 nəfərdən 2-si reanimasiyadadır, qalan şəxslər isə şöbələrə yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR