İsveçin “Eurovision-2012” təmsilçisi : “Bakıdan Vətənə qalibiyyətlə dönəcəyimə inanıram” - FOTO

İsveçin “Eurovision-2012” təmsilçisi : “Bakıdan Vətənə qalibiyyətlə dönəcəyimə inanıram” - <font color=red>FOTO</font>
# 16 may 2012 13:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bukmekerlər tərəfindən qalib gəlmək şansı ən yüksək dəyərləndirilən Loren 40 dəqiqəlik məşqdən sonra jurnalistlərin suallarını cavablandırıb. Bakıda olduğuna görə məmnunluğunu dilə gətirən Loren Vətənə qalibiyyətlə dönəcəyinə inandığını deyib.
Bakını Karib adalarına bənzədən İsveç təmsilçisi bildirib ki , bütün iştirakçıların mahnısını dinləsə də, onlardan bir çoxu ilə yaxından tanış olmağa fürsət tapmayıb. Jurnalistlərin “Əvvəlki illərdə “Eurovision” təmsilçilərinə mahnı bəstələyən və mahnıları uğur qazanmayan bəstəkarla işləmək sizdə narahatçılıq yaratmır?” sualına cavab olaraq Loren bildirib ki, özünəməxsus ifa tərzi var və bu ona qalibiyyət gətirə bilər.
Qeyd edək ki, Mərakeş əsilli təmsilçi İsveçdə keçirilən “Melodifestival” müsabiqəsinin qalibi kimi builki yarışmada iştirak imkanı qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR