Bolqarıstanın “Eurovision-2012” təmsilçisi müəyyənləşib – FOTO

Bolqarıstanın “Eurovision-2012” təmsilçisi müəyyənləşib – <font color=red>FOTO</font>
# 01 mart 2012 09:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bolqarıstanın “Eurovision-2012” təmsilçisi müəyyənləşib. APA-nın məlumatına görə, ölkəni Bakıda Sofi Marinova adlı ifaçı təmsil edəcək. O, 12 iştirakçı arasında münsiflər heyəti və tamaşaçı səsverməsi nəticəsində qalib olub. Təmsilçi “Baku Crystal Hall”da “Love Unlimited” mahnısını ifa edəcək.

Bolqarıstan təmsilçisi müsabiqənin mayın 24-də keçiriləcək II yarımfinalında çıxış edəcək. “Love Unlimited” mahnısının sözləri Doni Vasileva, musiqisi isə Yasen Kozev və Krum Georgiyevə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR