Əli Kərimli: “ATƏT nöqsanların aradan qaldırılması üçün seçkiyə qədər heç bir təşəbbüs göstərmir”

Əli Kərimli: “ATƏT nöqsanların aradan qaldırılması üçün seçkiyə qədər heç bir təşəbbüs göstərmir”
# 21 iyun 2012 11:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Seçkilərə məsul olan ATƏT seçkiləri müşahidə etdikdən sonra obyektiv hesabat hazırlayır, bütün çatışmazlıqları söyləyir, amma söylədiklərinin icra olunması, yerinə yetirilməsi, nöqsanların aradan qaldırılması ilə bağlı seçkiyə qədər heç bir təşəbbüs göstərmir”.

APA-nın məlumatına görə, bunu İctimai Palatanın “Seçki dinləmələri” mövzusunda keçirdiyi tədbirdə AXCP sədri Əli Kərimli deyib. O bildirib ki, Avropa Şurası da aid olmaqla növbəti seçki ilində bu beynəlxalq qurumlar yeni təşəbbüslə çıxış edir. Azərbaycan hökuməti isə növbəti dəfə prosesi ləngidir. Beləliklə, hər dəfə seçki islahatlarını keçirmək fürsəti itirilir.

Ə. Kərimli qeyd edib ki, müxalifət Avropa Şurası həmməruzəçilərinin obyektiv olmaması və buna etimad göstərmədiyini açıqlayıb: “Bunu açıq ifadə edirik. Lakin Avropa Şurası yalnız bu iki məruzəçidən ibarət deyil. Biz Avropa Şurası ilə işimizi genişləndirməliyik. Ya o məruzəçilər fəaliyyətlərində dönüşə nail olmalıdırlar ya da, birdəfəlik etimadsızlıq nümayiş olunmalıdır. Bu baxımdan ATƏT-lə də dialoq intensivləşməlidir. ATƏT sədri ilə keçirilən görüşümüzdə də təklifi verdik. İndi biz fəaliyyətimizi aktivləşdirib, ATƏT-in seçki prosesində iştirakını təmin etməliyik”.

O, ölkədə demokratik qüvvələrin inteqrasiyasına, daha sıx səfərbərliyinə nail olmaq yolunun tapılmasının əhəmiyyətini də vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR