Azərbaycanda yeni körpü istismara verilib

Azərbaycanda yeni körpü istismara verilib
# 03 iyul 2012 12:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Gədəbəy rayonunda yeni körpü istismara verilib. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunun 29-cu km-liyində Fındıqlı çay üzərində istismara verilən 5 aşırımdan ibarət körpünün ümumi uzunluğu 96 metr, hərəkət hissəsinin eni 10 metr, səkilərin eni 1,5 metrdir: “Bundan əvvəl həmin yerdə uzunluğu 72 metr olan və ötən əsrin 80-ci illərində inşa edilmiş körpü vardı. Yağan leysan yağışları və dolu düşməsi nəticəsində onun dayaqları çökdü və onun sökülərək yerində müasir körpünün tikilməsi qərara alındı”.

«2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı» Proqramına uyğun olaraq yeni körpünün tikintisinə 2011-ci ilin avqustunda başlanıb və bu gün istismara verilib.

Yeni körpü Gədəbəyin 30 mindən çox əhalisi olan və 24-dən artıq məntəqəni özündə birləşdirən Şınıx zonası, eləcə də Ermənistanla sərhəddə yerləşən N saylı hərbi hissə ilə şəhər arasında əlaqəni təmin edən strateji əhəmiyyətli körpüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR