Gürcüstan parlamentinin qarşısında sülh aksiyası keçirilib - FOTOSESSİYA
10 aprel 2012 08:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamentinin binası qarşısında gürcü və azərbaycanlı gənclər sülh aksiyası keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya Gürcüstan Gənclər Parlamenti, Gənclərin Regional İnkişaf Təşkilatı və Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Kvemo-Kartli bölgə qubernatorunun müavini, GAK sədri Hüseyn Yusubov, Azərbaycan Milli Məclisinin deputatı Etibar Hüseynov, Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev, Kvemo-Kartli bölgə idarəsinin və Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, Marneuli, Bolnisi və Qardabani icra hakimiyyəti və bələdiyyələrinin nümayəndələri iştirak ediblər. Əllərində gürcü, Azərbaycan, ingilis və rus dillərində müxtəlif məzmunlu şüarlar tutan və sinələrində sülh rəmzi olan ağ lentlərlə aksiyaya qatılan 150 nəfərdən gənc müxtəlif şüarlar səsləndirib. Aksiya insidentsiz başa çatıb.
Gürcüstan Gənclər Parlamentinin sədi Teona Lavrelaşvili APA-ya açıqlamasında gənclər arasında təcavüzə və işğala nifrət oyatmaq üçün bu tədbiri təşkil etdiklərini söyləyib: “Biz Qafqazda sülh istəyirik. Azərbaycan və Gürcüstan öz müstəqilliklərini əldə ediblər, lakin hələ də torpaqlarımız işğal altındadır. Bu, gənclərimizi düşündürür”.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024