Azərbaycan və Türkiyə bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb - FOTO

Azərbaycan və Türkiyə bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb - <font color=red>FOTO</font>
# 30 iyun 2012 11:24 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Bakıda Kənd Təsərrüfatı Nazirliyində azərbaycanlı həmkarı İsmət Abasovla görüşdə Türkiyənin kənd təsərrüfatı naziri Mehmet Mehdi Eker bildirib.

Qonağı salamlayan İsmət Abasov deyib ki, hazırda Azərbaycan vətəndaşlarının 48%-i kəndlərdə yaşayır, kənd təsərrüfatı ilə məşğul olanların sayı isə 1,5 mln. və ya ümumi iqtisadi fəal əhalinin 40%-i qədərdir. Nazir qeyd edib ki, 2020-ci ilədək ölkə iqtisadiyyatının 2 qat artması nəzərdə tutulur və bu artımın ciddi hissəsi aqrar sektorun hesabına baş verəcək: «Bu işlərin daha da sürətləndirilməsi üçün Azərbaycan Türkiyə ilə kənd təsərrüfatının bütün sahələrində əməkdaşlığa hazırdır».

Mehmet Eker isə qeyd edib ki, son 8 ildə Türkiyədə kənd təsərrüfatı məhsulu istehsalı 23 mlrd. dollardan 63 mlrd. dollaradək artıb: «Türkiyə bu göstərici ilə dünyada 7-ci yerə, Avropada isə 1-ci yerə qalxıb». Nazir qeyd edib ki, Türkiyə Azərbaycanla əməkdaşlığı artırmaqda maraqlıdır: “İndiyədək türk investorları Azərbaycanın aqrar sektoruna 180 mln. dolar yatırıb ki, bu da potensialdan aşağıdır”.

Görüşdə Azərbaycan və Türkiyə hökumətləri arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. İmzalanmadan sonra M.Eker bildirib ki, iki ölkə kənd təsərrüfatı sahəsində becərmə, suvarma, ərazilərin birləşdirilməsi, toxumçuluq, bitki-karantini və s. sahələrdə əməkdaşlıq edə bilər: «Türkiyə toxumçuluq sahəsində çox böyük uğurlar əldə edib və dünyaya toxum ixrac edir».

Türkiyəli nazir Azərbaycan və Türkiyə iş adamlarının birgə istehsal yaradaraq kənd təsərrüfatı məhsullarının digər ölkələrə ixrac etməsi ilə bağlı plan hazırlanmasını da təklif edib.

İ.Abasov isə bildirib ki, Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq mövcud olsa da, bu, iki dövləti qane edən səviyyədə deyil: «Bugünkü müzakirələrin nəticəsi olaraq qərara gəlmişik ki, əlaqələrimizin daha da genişləndirməli, məhsul istehsalını artırmalıyıq». Nazir cari ilin oktyabr-noyabr aylarında Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 6-cı iclasının keçirilməsinin planlaşdırıldığını da diqqətə çatdırıb.

Qeyd edək ki, 2012-ci ilin 3 ayı ərzində Azərbaycandan Türkiyəyə 3 mln. 438 min ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən pambıq, emal olunmamış gön, yağlı toxum və meyvələr, dərman bitkiləri, canlı ağaclar və digər bitkilər ixrac edilib. Türkiyədən Azərbaycana isə 13 mln. 152 min ABŞ dolları dəyərində əsasən meyvə-tərəvəz və qoz-fındıq məhsulları, süd məhsulları, təbii bal, taxıldan, undan və nişastadan hazırlanmış unlu qənnadı məmulatları idxal edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR