Bakıda I Beynəlxalq İdman Filmləri Festivalının açılış mərasimi keçirilib

Bakıda I Beynəlxalq İdman Filmləri Festivalının açılış mərasimi keçirilib
# 09 oktyabr 2012 16:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Bakıda “Nizami” Kino Mərkəzində I Beynəlxalq İdman Filmləri Festivalının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda start götürən festivalın təsadüf olmadığını bildirib: “Bu il Azərbaycanda “İdman ili” elan olunub. Bu sahədə ölkəmizin əldə etdiyi uğurlar göz önündədir. Biz bu festivalın 2 ildən bir keçirilməsini nəzərdə tuturuq. Fürsətdən istifadə edib gənclər və idman naziri Azad Rəhimova bildirmək istəyirəm ki, biz idman sahəsində əldə olunan uğurlara daim sevinirik və idmançıların yanında oluruq. Eyni addımı mədəniyyət xadimlərinə qarşı idmançılarımızdan gözləyirik”.

Gənclər və idman naziri Azad Rəhimov festival münasibətilə idman və mədəniyyət ictimaiyyətini təbrik edib. Açılış mərasimi xüsusi konsert proqramı ilə davam etdirilib. İlk gündə iki film nümayiş olunub.

Festival oktyabrın 11-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR