Cennifer Lopez, Rihanna və Şakiranın Bakıdakı konsertlərinə biletlər satışa çıxarılıb

Cennifer Lopez, Rihanna və Şakiranın Bakıdakı konsertlərinə biletlər satışa çıxarılıb
# 12 iyul 2012 14:22 (UTC +04:00)
Üç dünya meqa-ulduzunun konsertlərinə biletlərini “Universal Music Group” şirkətinin Azərbaycan nümayəndəliyi “Omnikomo Music Group” şirkətinin www.omnikomo.com internet saytında, iyunun 25-dən başlayaraq əldə etmək üçün imkan yaradılıb. Konsertlərin təşkilatçı şirkətin PR xidmətindən APA-ya verilən xəbərə görə, bu gündən dünya ulduzlarının konsertlərinə biletlər pərakəndə satışa çıxarılıb. Artıq biletləri şəhər kassalarından əldə etmək olar.

Xatırladaq ki, Cennifer Lopez sentyabrın 23-ü, Rihanna oktyabrın 6-sı, Şakira isə oktyabrın 14-ü “Crystall Hall” konsert zalında çıxış edəcəklər.

Dünya şöhrətli ulduzların şouları yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR