AMEA Əlyazmalar İnstitutu XIX əsr təriqət şairi Sədi Sani Qarabağinin “Divan”ını əldə edib
19 oktyabr 2012 12:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın XIX əsrdə yaşamış təriqət şairi Sədi Sani Qarabağinin “Divan”ının surəti əldə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovun APA-ya verdiyi məlumata görə, “Divan” institutun əməkdaşı, professor Azadə Musayeva tərəfindən Ankaradakı Milli Kitabxanada aşkarlanıb. P. Kərimov deyib ki, 116 vərəqdən ibarət əlyazma 1888-ci ildə köçürülüb. “Divan”a bir farsca qəsidə, 19 farsca qəzəl, 199 azərbaycanca qəzəl və azərbaycanca müxtəlif janrlarda şeirlər daxildir: “Bu, Sədi Sani Qarabağinin əlimizə çatan ilk tam şeirlər toplusudur. Sədi Sani təriqət şairi olub, əsərləri sovet vaxtı kifayət qədər tədqiq olunmayıb, ədəbiyyat tarixinə düşməyib. Lakin o Seyid Nigaridən sonra ən güclü təriqət şairi hesab edilir”.
Sosial
Naxçıvanda su basan 50-dən çox zirzəmidə, həyətyanı sahədə tədbirlər görülüb
19:40
14 may 2024
Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı məşq keçirilib
19:32
14 may 2024
Bakı Təşəbbüs Qrupu Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi son həbslərlə bağlı bəyanat yayıb
18:39
14 may 2024
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb - FOTO - VİDEO - YENİLƏNİB-1
18:30
14 may 2024