Azərbaycanda Fransa vətəndaşına məxsus şirkətdən 160 min manat oğurlanıb

Azərbaycanda Fransa vətəndaşına məxsus şirkətdən 160 min manat oğurlanıb
# 11 sentyabr 2012 08:01 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Hadisə sentyabrın 10-a keçən gecə Nizami rayonunda yerləşən, Fransa vətəndaşı Lieve Van Sendenin rəhbəri olduğu «Azersix» MMC-də qeydə alınıb. Şirkətin qapısını sındırma yolu ilə içərisində 160 min manat olan seyf naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə fəhlə işləyənlər - Gədəbəy rayon sakini Şamil Ələkbərov, Bakı şəhər sakinləri Vüsal Əlifov və Telman Mustafayev sentyabrın 10-da tutulublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR