ABŞ yığmasına Azərbaycandan 5 voleybolçu çağırılıb

ABŞ yığmasına Azərbaycandan 5 voleybolçu çağırılıb
# 10 aprel 2012 07:51 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçulardan ibarət ABŞ yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi MakCutçeon Qran-pri turniri üçün müəyyənləşdirdiyi siyahıya Azərbaycanda oynayan 5 voleybolçunun adını da daxil edib.

Bunlar Super Liqada çıxış edən Hizer Erin Brun, Tamas Ceneffer (hər ikisi “Azərreyl”), Tayyubu Xaneef-Park (“İqtisadçı”), Nansi Metkalf (“Lokomotiv”) və Kimberli Qlassdır (“Rabitə”).

Maraqlıdır ki, təcrübəli çalışdırıcı yığmaya cəmi 6 ölkədən voleybolçu dəvət edib və bu siyahıda Azərbaycan 2-ci yerdədir. MakCutçeon İtaliya A seriyasından isə 6 oyunçuya ehtiyac duyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR