Xarici vətəndaşdan pul aldığı iddia edilən Yaponiyanın ədliyyə naziri istefa verməyə məcbur olub

Xarici vətəndaşdan pul aldığı iddia edilən Yaponiyanın ədliyyə naziri istefa verməyə məcbur olub
# 23 oktyabr 2012 02:56 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın ədliyyə naziri Keysyu Tanaka 30 il əvvəl mafiya üzvü olan şəxsin toyunda iştirak etməsi, həmçinin xarici vətəndaşdan ianə alması barədə xəbərlərin dərc olunması ilə əlaqədar istefa vermək niyyətində olduğunu bildirib. Tanaka bu vəzifəyə 18 gün əvvəl təyin olunmuşdu.

Nazir 30 il əvvəl toyunda iştirak etdiyi şəxsin mafiya ilə əlaqəsi olduğunu bilmədiyini deyib. O, bu barədə toyun gedişində xəbər tutduğunu və dərhal məclisi tərk etdiyini bildirib.

Bundan əlavə nazir Çin vətəndaşı olan şəxsdən 2006-2009-cu illərdə təxminən 5 min dollar həcmində ianə alıb. Yaponiya qanunvericiliyinə görə siyasətçilərin xarici vətəndaşlardan ianə alması qadağandır. Tanaka sözügedən şəxsin Çin vətəndaşı olduğunu bilmədiyini, bundan xəbər tutan kimi pulu qaytardığını bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR